Xəbər lenti

Bu ağacın yarpaqları min bir dərdə dəvadır
Ölkə12:31 11.07.2016

Bu ağacın yarpaqları min bir dərdə dəvadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeməklərə xüsusi dad verən möcüzəvi dəfnə yarpağının sağlamlığa da bir çox faydaları var.

"Qaynarinfo.Az" xəbər verir ki, dəfnə, hər zaman yaşıl bir ağacdır. Yay və qışda yarpağını tökməz. Xüsusilə, may və oktyabr aylarında yığılan yarpaqlar daha xeyirlidir. Dəfnə yarpağı insanı qüvvətləndirir, ona gümrahlıq bəxş edir. Bu bitki bir sıra daxili xəstəlikləri müalicə edir. Sidik kisəsinə və qadın xəstəliklərinə müsbət təsir göstərir. Bunun ücün dəfnə yarpağının həlimindən və ya dəfnə yarpağı ilə bişmiş şorbadan istifadə edin.

Dəfnə yarpağının özü kimi, yağı da olduqca faydalıdır. Antiseptik təsiri olan dəfnə yağı saçı gücləndirir, kəpəklənməni azaldır. Sədəf, revmatizm, eqzema zamanı bitki mənşəli kremlərin tərkibində istifadə olunur.

Qaynarinfo.Az