
Artıq Bakı şəhərində 40 marşrut xətti üzrə nəqliyyat kartlarının tətbiqi reallaşdırılıb, bu isə 743 ədəd avtobus deməkdir.
Bu barədə Nəqliyyat Nazirliyindən gun.az-a məlumat verilib.
Həmin marşrutların nömrələri: 1, 5, 6, 9, 10, 11, 13, 14, 15, 17, 18, 20, 24, 25, 26, 32, 37, 38, 40, 46, 49, 50, 51, 52, 53, 59, 61, 65, 67, 69, 79, 81, 82, 83, 85, 86, 88, 90, 95, 96
Məlumata əsasən həmçinin avtobuslarda validatorların quraşdırılması prosesi davam etdirilir və yaxın vaxtlarda kart sisteminin tətbiq edildiyi avtobusların sayı daha da artırılacaq.
Qaynar.info