Xəbər lenti

Bu banklar dollar satmaqdan imtina etdi
Ölkə11:11 14.02.2017

Bu banklar dollar satmaqdan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan bankları arasında daha 4 bank dolları satmaqdan imtina edib. 

Qaynarinfo.Az xəbər verir ki, Fins.az-ın araşdırmasına görə, “Günaybank” artıq iki gündür ki, kassasında dollar olmadığına görə, dollar satışını həyata keçirmir.

“Bank Respublika”, “Atabank” və “Naxçıvanbank” isə bu gündən satışı dayandırıb.

Qeyd edək ki, sadalanan banklar arasında bəziləri dolların alışını həyata keçirirlər.

Xatırladaq ki, “Paşabank” artıq uzun zamandır ki, yalnız öz müştərilərinə dollar satdığını bəyan edir.

Qaynarinfo.Az