
Fuzuli küçəsində yerləşən bu bina 1908 ci ildə məşhur milyonçular - Hacınski qardaşları tərəfindən tikilib.
Ərazidə tiklən "Qış bulvarı" və yolun genişləndirilməsi səbəbindən binanın yeri 15 metr dəyişdiriləcək. Binanı köçürülməsini Hollandiyanın "Bresser Eurasia" firması həyata keçirir. Bu, şirkətin tarixində köçürülən ən böyük və ən ağır binadır. Ağırlığı 18 min ton olan binanın uzunluğu 52, eni 35, hündürlüyü isə 20 metrdir. Onu da qeyd edək ki, bu hadisə MDB məkanında da bir ilkdir.
Binanın sakinləri müvəqqəti köçürülüb. Yerdəyişmə işləri bitdikdən sonra onlar yenidən evlərinə qayıdacaq.
Fotolar Bayram İsgəndərovundur.
Qaynar.info


















