Xəbər lenti

Bu binalar "Sovetski"də tikiləcək - FOTOLAR
Ölkə16:17 15.04.2016

Bu binalar "Sovetski"də tikiləcək - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Prezident İlham Əliyevin tapşırıqlarına əsasən bu gün ölkəmizin bütün bölgələrində oldğu kimi Səbail rayonunda mənzil tikintisi ilə bağlı yerli sahibkarlar tərəfindən yeni layihələrə başlanıb və artıq ilk nəticələr var”.
Bu sözləri Səbail Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş yığıncaqdakı çıxışında rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O, bildirib ki, artıq bu istiqamətdə xeyli iş görülüb, 9-dan çox layihəyə baxılaraq təsdiq olunub və bu prosses davam edir.
Bu işlərin həyata keçirilməsi ilə bir sıra istehsal sahələrinin bu layihələrə cəlb olunması, yeni iş yerlərinin açılması və ən əsası sakinlərimizin işlə təminatı məsələləri öz həllini tapacaq.
Bildirilib ki, artıq tikinti sektorundakı işlərə maraq xeyli artıb. Bu da ölkədə gedən islahatlarla birbaşa bağlıdır. (marja.az)
Qaynar.info