Xəbər lenti

Bu da Bakının ən uzun tuneli – FOTO + VİDEO
Ölkə10:11 05.06.2014

Bu da Bakının ən uzun tuneli – FOTO + VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tunel nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edəcək.

Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinə daxil olan ikinci tuneldə bu gündən etibarən asfalt-beton örtüyünün salınmasına başlanılıb.

Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC-dən APA verilən məlumata görə, uzunluğu 450 metr, eni 10,5 metr olan iki hərəkət zolaqlı tunel Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edəcək.

Asfalt-beton örtüyün salınması işləri başa çatdıqdan sonra həmin tunel vasitəsilə nəqliyyatın hərəkəti təmin olunacaq və bundan sonra  həmin ərazidə köməkçi hissənin asfaltlanmasına başlanılacaq. Kompleksdə son tamamlanma işlərinin iyun-iyul aylarında başa çatdırılması planlaşdırılır.

Qaynar.info