Xəbər lenti

Bu da İŞİD-in naxçıvanlı üzvü - FOTOLAR
Ölkə18:55 03.08.2015

Bu da İŞİD-in naxçıvanlı üzvü - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“İslam dövləti”nə qoşulan naxçıvanlı gəncin fotoları yayılıb. Qaynar.info islamazeri.az-a istinadən xəbər verir ki, Həmzə Azəri 2014-cü ildə "Instagram" sosial şəbəkəsində məşhurluq qazanıb. 
Onun İraq və Suriyadakı terror fəaliyyətləri zamanı çəkdiyi fotolar "Instagram" istifadəçiləri tərəfindən hiddətlə qarşılanıb. Həmzənin paylaşdığı fotolar əsasən Kobanidə gedən döyüşlərdə çəkilib. Həmzə Azəri iyulun 24-də Bəycidə İraq ordusu tərəfindən öldürülüb. 
Onun atası Əbu Hafiz Azəri də məşhur terrorçu olub. O, İŞİD-in hazırda məşhur əmirləri olan Əbu Ömər Şişani və Əbu Cihadı Qafqazdan Suriyaya aparmışdı. 
Qaynar.info