Xəbər lenti

Bu da Payız Məktəbi
Ölkə10:37 29.10.2013

Bu da Payız Məktəbi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yergüc kənd tam orta məktəbində Almaniyanın “Mitost” təşkilatının Joint Civic Education proqramı çərçivəsində “Payız məktəbi”  layihəsi keçirilib.

Azərbaycan Avropa Hərəkatının layihə koordinatoru Nərmin Şamilbəylinin Qaynar.info-ya verdiyi məlumata görə təlimdən öncə şagirdlər arasında sorğu əsasında seçim turu keçirilib və 25 fəal şagird seçilmişdir. İki gün ərzində  təlimçilər Azərbaycan Avropa Hərəkatından Nərmin Şamilbəyli, Yergüc kənd tam orta məktəbinin dərs hissə müdiri Nərminə Əhmədova, ABŞ Sülh Korpusunun nümayəndəsi Kelsey Mcshane məktəblilər qarşısında maraqlı mövzularla çıxış ediblər.

Onu da qeyd edək ki, “Payız məktəbi” layihəsinin keçirilməsində əsas məqsəd şagirdlərin fəallığını artırmaq, məlumatsızlıqlarını aradan qaldırmaq, bilik və bacarıqlarını yüksəltməkdir. Təlimçilər şagirdlər qarşısında könüllülüyün təbliği, ictimai işlərə həvəsləndirmə, şəbəkələşmə, təhsilin vacibliyi və digər mövzularda çıxışlar ediblər. Təlim zamanı qrup işləri, bilik oyunları, diskusiyyalar keçirilibdir. Təlimin sonunda isə iştirakçılara sertifikatlar, Vidadi Ağdamlı, Rəbiqə Nazimqızı və Sevinc Çılğının hədiyyə etdikləri kitablar verilib.

Qaynar.info