
Bu gün 2014-cü ilin ilk Ay tutulması baş verib. NASA-nın mətbuat xidmətinin canlı yayımladığı Ay tutulması 78 dəqiqə davam edəcək.
Bu dəqiqələrdə də davam edən nadir hadisəni yalnız Şimali və Cənubi Amerika sakinləri müşahidə edə bilirlər. Tutulma Ayın Avropa və Afrika üzərində çıxmasından əvvəl baş verdiyi üçün həmin ərazilərin sakinləri bu hadisənin başlanğıcını görə bilməyiblər. Şimali və Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiya sakinləri isə bu Ay tutulmasını ümumiyyətlə görə bilməyiblər.
NASA-nın məlumatına görə, 2014-cü ildə cəmi 2 Ay tutulması baş verəcək. İkinci Ay tutulması oktyabrın 8-də gözlənilir və bu hadisə 59 dəqiqə davam edəcək.
Qaynar.info