Xəbər lenti

Bu ərazilərdə işıq olmayacaq
Ölkə22:38 09.04.2026

Bu ərazilərdə işıq olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 10-da Biləsuvar və Yardımlının bəzi ərazilərinin elektrik enerjisi verlişində fasilə yaranacaq.
Qaynarinfo xəbər verir ki, Biləsuvar və Yardımlı Elektrik Şəbəkələrinin (EŞ) ərazilərində 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:30-dan 14:00-dək Biləsuvarın Xırmandalı, saat 14:00-dan 16:00-dək Yardımlının Dəlləkli, Gavran, Ostayır kəndlərində və şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.