Xəbər lenti

Bu ərazilərdə leysan xarakterli yağış intensiv olub - FAKTİKİ HAVA
Ölkə14:58 16.10.2022

Bu ərazilərdə leysan xarakterli yağış intensiv olub - FAKTİKİ HAVA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabrın 16-da ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, düşən yağışın miqdarı: Şəkidə 43.0 mm, Qaxda 27.0 mm, Zaqatalada 19.0 mm, Şahdağ, Xaçmaz, Qusarda 8.0 mm, Yardımlıda 7.0 mm, Qubada 6.0 mm, Xaltan, Şəmkir, Astara, Lerik, Qrız, Oğuz, Gəncə, Tovuz, Qobustan, Altıağac, Şabran, Bərdə, Yevlax, Göyçay, Beyləqan, Kürdəmir, Neftçala, Mingəçevir, Biləsuvar, Göytəpə, Daşkəsəndə 1.0-5.0 mm-dək olub.
Milli Hidrometeorologiya Xidməti oktyabrın 17-də ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı da xəbərdarlıq edib.
Bildirilib ki, oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-23° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.