Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq
Ölkə22:41 16.07.2026

Bu ərazilərdə qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın bəzi yerlərində qaz kəsiləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azəriqaz”İB məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 17.07.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarının, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Xutor qəsəbəsinin və Vorovski yaşayış massivinin, həmçinin Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan qadını küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.