Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq
Ölkə16:41 16.07.2024

Bu ərazilərdə qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəsimi rayonu, Cəlil Məmmədquluzadə və Akademik Həsən Əliyev küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə iyulun 16-sı saat 23:55-dən etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Qaynarinfo-ya "Azəriqaz” İB-dən məlumat verilib.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, Akademik H.Əliyev, Salamzadə, Y.V.Çəmənzəminli, C.Səlimov və Novruzov qardaşları küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.