Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq
Ekonomiks19:14 21.08.2024

Bu ərazilərdə qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Astara rayonunun beş kəndində qazın verilişi dayandırılacaq.

Qaynarinfo xəbər verir ki, rayon ərazisində yerləşən Ərçivan qaz paylayıcı stansiyasından qidalanan Artupa istiqamətindəki 2000 p/m qaz kəmərinin kipliyə yoxlanılması üçün Artupa, Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri olmaqla ümumilikdə 1 200 abonentin qaz təchizatının 23 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur" , - deyə məlumatda qeyd edilib.