Xəbər lenti

Bu ərazilərdən sel keçdi
Ölkə19:10 20.06.2023

Bu ərazilərdən sel keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 20-i axşam saatlarına olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Quba, Qusar, Yevlax, Tərtər, Yardımlı, Lənkəran, Astara rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Leysan yağış nəticəsində Göygöl rayonunun Sarısu kəndindən və Gəncəçaydan, Goranboydan keçən Gorançay və Böylü qəsəbəsindən sel keçib.
Saat 16 radələrində Göygöl rayonuna xırdadənəli, Şərurada saat 17 radələrində isə diametri 5 millimetr olan dolu düşüb.
Bakıda və Abşeron yarmadasında isə şimal-qərb küləyinin makisimal sürəti 22 m/san olub.