Xəbər lenti

Bu ərazillərdə işıq olmayacaq
Ölkə19:38 03.09.2026

Bu ərazillərdə işıq olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabadın 44 yaşayış məntəqəsində sentyabrın 4-də işıq olmayacaq.

Qaynarinfo xəbər verir ki, buna səbəb yararsız naqillərin yenilənməsidir.

Həmin gün saat 10:00-dan 13:00-dək Cəlilabad rayonunun 44 yaşayış məntəqəsi üzrə 8 033 abonentin (Kövüzbulaq, Zəhmətabad, Edişə Musalı, Ləkin, Əsədli, Şatırlı, Badamağac, Buravar, Qarakazımlı, Dələli, Moranlı, Sarxanlı, Zərbəli, Mikayıllı, Qarğılı, Təklə, Abazallı, Babalı, Boyxanlı, Məlikqasımlı, Məşədilər, Dostallı, Novruzallı, Şötüklü, Yusifli, Cəngan, Ağusəm, Çinar, Fərəcullalı, Ləzran, Soltankənd, Tahirli, Cəlayir, Lallar, Mirzəli, Xanəgah, Çəmənli, Pərdi, Türkelli, Şorbaçı, Mədətli, Məmmədrzalı və Şükürlü kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.