Xəbər lenti

Bu firmaya inanmayın - "Kral Xalı"
Ölkə08:05 16.09.2013

Bu firmaya inanmayın - "Kral Xalı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son vaxtlar Bakıda xalça yuma firmalarının sayı sürətlə artır. Bu xidmət istər evdar, istərsə də işgüzar xanımlar üçün cəlbedicidir. Lakin məsələ yalnız xidməti təklif etməklə bitmir. Çünki xidmətin səviyyəsi də böyük önəm daşıyır. Elə Qaynar.info-nun oxucularından olan Sevinc Rəhimovanın şikayəti də belə firmalardan biri olan "Kral Xalı"nın xidmət səviyyəsindəndir. 

"Televiziyada "Kral Xalı"nın reklamını gördüm. Reklamda qeyd edirlər ki, xalçaları 3 günə yuyub təhvil verirlər. Amma üstündən demək olar ki, bir həftə keçsə də hələ də xalçanı gətirib təhvil verməyiblər. Üstəlik, zəng edib bunun səbəbini soruşduqda çox kobud tərzdə danışırlar. Artıq istehlakçı hüquqlarımın pozulması ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə rəsmi şikayət etmişəm. istəyirəm media da bu məsələni işıqlandırsın ki, belə yalançı və istehlakçıya hörmətsiz yanaşan şirkətləri hər kəs tanısın, heç kim onlara inanmasın".

Qaynar.info