Xəbər lenti

Bu futbolçu Fatih Terimdən üzr istədi
İdman17:38 02.10.2016

Bu futbolçu Fatih Terimdən üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Emre Mor Türkiyə millisinin baş məşqçisi Fatih Terimdən üzr istəyib. Qaynarinfo.Az xəbər verir ki, buna səbəb gənc futbolçunun Xorvatiya ilə oyunda əvəzlənərkən etiraz etməsi olub.
Bu barədə "Borussiya"da (Dortmund) çıxış edən futbolçunun meneceri Muzzi Özcan açıqlama verib: "Xorvatiya matçında bir hərəkət oldu. Amma bu Emrenin komandadakı yoldaşlarına və ya başqa bir nəfərə deyildi. O, istədiyi oyunu sərgiləyə bilmədi, narazılığı buna idi. 86 dəqiqə oynamışdı, onsuz da yorğun idi. Emre həmin matçdan sonra Fatih Terimə zəng etdi və üzr istədi".
Qaynarinfo.Az