Xəbər lenti

Bu gecə 8 oyun keçiriləcək
İdman18:29 14.11.2014

Bu gecə 8 oyun keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AVRO-2016-nın seçmə mərhələsində oyunlara start verilib

Bu gün AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlara start verilib.

ANS PRESS-in məlumatına görə, bu gecə qitə arenalarında 8 matç baş tutacaq.

D qrupu lider Polşa qonşumuz Gürcüstanın qonağı olacaq. 3 oyunda cəmi 4 xal toplayan Almaniya 3 matçda 17 qol buraxmış Cəbəllütariqi qəbul edəcək. Qrupun digər oyununda isə Şotlandiya İrlandiyanı sınağa çəkəcək.

F qrupunda lider Şimali İrlandiya ikinci pillədə qərarlaşan Rumıniyanı qəbul edəcək. Yunanıstan doğma meydanda Farer adaları, Macarıstan Finlandiya ilə münasibətlərini aydınlaşdıracaq.

I qrupunda iki oyun baş tutacaq. Albaniyanın istirahət edəcəyi gündə Serbiya Danimarkanı, Portuqaliya Ermənistanı sınağa çəkəcək.

Qeyd edək ki, milli komandamız noyabrın 16-da meydana çıxacaq və Norveçi qəbul edəcək.

AVRO-2016
Seçmə mərhələsi
14 noyabr

D qrupu
21.00 Gürcüstan - Polşa
23.45 Almaniya - Cəbəllütariq
23.45 Şotlandiya - İrlandiya

F qrupu
23.45 Yunanıstan - Farer adaları
23.45 Macarıstan - Finlandiya
23.45 Rumıniya - Şimali İrlandiya

I qrupu
23.45 Serbiya - Danimarka
23.45 Portuqaliya - Ermənistan

Qaynar.info