Xəbər lenti

Bu gün 200-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq
Ölkə16:51 08.02.2023

Bu gün 200-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Artıq bir neçə avtobusumuz Gürcüstan sərhədini keçib”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
Səfir bildirib ki, təxliyə olan vətəndaşlarımız qida ilə təmin olunur:
"Gürcüstanda da onlara yemək verilir. Bu gün də 200-dən çox vətəndaşın təxliyə olunacağını ehtimal edirik. Hər gün bir gün öncəki məlumatların əsasında avtobusların sayı müəyyənləşdirilir”.