
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Xoclıya Ədalət beynəlxalq təbliğat-təşviqat kampaniyası, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin dəstəyi ilə “Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə” adlı layihəyə start verilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Qaynar.info-ya verilən xəbərə görə, layihə çərcivəsində ilk tədbir fevralın 22-də keçiriləcək.
Həmin gün Ağdamda, təmas xəttinin yaxınlığında yürüş-tədbir keçiriləcək. Tədbirdə vaxtilə Ağdam “Cümə” məscidindən verilmiş tarixi azanın yenidən səsləndirilməsi nəzərdə tutulub.
Artıq “Haqqın və haqqımızın səsi” adlı Facebook səhifəsi (http://www.facebook.com/QarabagaDogruHaqqinVHaqqimizinSsi) və eyniadlı Twitter hesabı (https://twitter.com/Haqqimizinsesi) açılıb.
Qaynar.info