Xəbər lenti

Bu gün ali məktəblərə ərizə qəbulu başa çatır - Tələsin
Ölkə07:48 28.04.2016

Bu gün ali məktəblərə ərizə qəbulu başa çatır - Tələsin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün 2016-2017-ci tədris ilində I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başa çatır. 

Qaynarinfo.az  xəbər verir ki,  elektron ərizə qəbulu aprelin 28-də saat 23:59-dək davam edəcək.

Bu gün saat 11:00-dək ali məktəblərə 79201 nəfər ərizə verib. Onlardan 72192 nəfəri Azərbaycan, 7009 nəfəri isə rus bölməsinin məzunlarıdır. Ərizə verənlərdən 31586-sı I, 22310-u II, 19768-i III, 5537-i isə IV ixtisas qrupu seçib.

Qəbul imtahanlarında yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər. 

Qaynarinfo.az