Xəbər lenti

Bu gün Bakıda qaz olmayacaq
Ölkə07:53 15.11.2013

Bu gün Bakıda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakının bəzi rayonlarında və bölgələrdə təbii qazın verilişində fasilələr olacaq. ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təbii qazın verilişində məhdudiyyətlər aparılan təmir işləri ilə əlaqədardır.
 
Məlumata görə, bu gün saat 18:00-dək Qaradağ, Şamaxı, Füzuli, Xızı rayonlarının bir hissəsinə və Yevlax rayonunun Kövər kəndinə, saat 13:00-dək Xaçmaz rayonunun bir hissəsinə, saat 15:00-dək Abşeron və Xətai rayonlarının bir hissəsinə, saat 18:00-dək Ağstafa rayonuna, Qazax və Samux rayonlarının bir hissəsinə, saat 14:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 16:00-dək Samux rayonunun bir hissəsinə, saat 17:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək isə Tərtər rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.


Qaynar.info