Xəbər lenti

Bu gün daha iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşdü
Ölkə19:46 18.05.2026

Bu gün daha iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün zəvvarları daşıyan növbəti iki təyyarə Azərbaycandan Həcc ziyarətinə yola düşüb.
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
"Bu gün üçüncü və dördüncü zəvvar təyyarələri Həcc ziyarətinə yola düşüb”, - o bildirib.
Qeyd edək ki, 2026-cı ildə bir nəfər üçün Həcc ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.