Xəbər lenti

Bu gün hərbçilərin meyitlərinin götürülməsi prosesi olacaq - RƏSMİ
Ölkə10:36 09.04.2016

Bu gün hərbçilərin meyitlərinin götürülməsi prosesi olacaq - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün cəbhə xəttində həlak olan hərbçilərin meyitlərinin götürülməsi ilə bağlı növbəti əməliyyat keçiriləcək. Qaynar.info xəbər verir ki, bu barədə Azərbaycan müdafiə nazirliyi məlumat yayıb.
"Aprel ayının 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək" deyə nazirliyin məlumatında bildirilir.
Qeyd edək ki, ötən gün ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə saat 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib.
Qaynar.info