
Proses Qərb diplomatik korpusunun da diqqət mərkəzində olacaq
Noyabrın 4-də Müsavat Partiyasının başqanının müavini Tofiq Yaqublunun və REAL Hərəkatının sədri İlqar Məmmədovun məhkəmə hazırlıq iclası keçiriləcək. musavat.com xəbər verir ki, proses Şəki Ağır Cinayətlər Məhkəməsində saat 14:00-da başlanacaq.
Xatırladaq ki, Tofiq Yaqublu və İlqar Məmmədov Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların yanğınların törədilməsi əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndələrinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddələri ilə ittiham irəli sürülüb. Həm onlar, həm ölkə müxalifəti, həm də beynəlxalq demokratik ictimaiyyət həbsi siyasi sifariş hesab edirlər.
Qaynar.info