Ölkə 23:35 05.01.2023

Bu gün Laçın yolundan neçə avtomobil keçib?

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Qaynarinfo xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus növbəti minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub.

Bununla da gün ərzində Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 21 avtomobil aksiya ərazisindən keçib.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 25 gündür davam edir.