Xəbər lenti

Bu gün N!DA-çıların məhkəməsidir
Ölkə07:10 21.11.2013

Bu gün N!DA-çıların məhkəməsidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 15:00-da Ağır Cinayətlər Məhkəməsində N!DA Vətəndaş Hərəkatının və AGT üzvü İlkin Rüstəmzadəyə qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə iclası saat  keçiriləcək.

Xatırladaq ki, hazırda N!DA VH-nin 7 üzvü həbsdədir. Gənclərə 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq dövründə isə onlara qarşı əlavə olaraq cinayət məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.N!DA-çılardan əlavə “Azad” Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə də cinayət məcəlləsinin 220.1-ci maddəsi ilə təqsirləndirilir.

Gənclər vicdan məhbusu elan olunub. 

Qaynar.info