Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 755 yeni yoluxma faktı qeydə alınıb, 4 517 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 781 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 754 041 nəfər müalicə olunaraq sağalıb, 9 330 nəfər vəfat edib. 18 167 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 291, bu günə qədər isə ümumilikdə 6 522 155 test icra olunub.
Bir gündə koronavirus (COVID-19) əleyhinə 32 591 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 209, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 509, üç və daha çox doza vaksin vurduranların sayı 27 210, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 663 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 12 896 808, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 293 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 780 286, üç və daha çox doza vaksin vurduranların sayı 2 623 773, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 199 741 təşkil edir.