Ölkə 21:26 09.08.2022

Bu gün neçə vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1688 vaksin vurulub.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 94, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1129, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 185 nəfərdir