Xəbər lenti

Bu gün onları 1 dəqiqəlik sükutla yad edək... – Alimdən təklif (FOTO)
Ölkə06:37 17.06.2020

Bu gün onları 1 dəqiqəlik sükutla yad edək... – Alimdən təklif (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün Bakı vaxtı ilə saat 21-də koronavirus şəhidləri olan səhiyyə işçilərinin əziz xatirələrini 1 dəqiqəlik sükutla yad edək”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu iyunun 17-si həkimlərin peşə bayramı günü ilə bağlı təklif irəli sürərkən deyib. Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda 7 səhiyyə işçisi koronavirusdan dünyasını dəyişib:
"Daha bir azərbaycanlı həkim Türkiyədə vəfat edib, 700-dək tibb personalı hazırda bu virusa yoluxub. Dünyasını dəyişənlərin fotolarını təqdim edirəm, Allah rəhmət eləsin, ailələrinə və əzizlərinə səbr versin. Təklif edirəm ki, koronavirusdan dünyasını dəyişən səhiyyə işçilərinin adları əbədiləşdirilsin və onların ailələrinə sosial dəstək məqsədilə dövlət büdcəsindən və ya koronavirusla mübarizə fondundan xüsusi vəsait ayrılsın”.
Bahar Rüstəmli