Xəbər lenti

Bu gün qadın sürücülərə qarşı reyd olacaq: cərimə əvəzinə hədiyyə (FOTO)
Ölkə07:02 08.03.2018

Bu gün qadın sürücülərə qarşı reyd olacaq: cərimə əvəzinə hədiyyə (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gün qadın sürücüləri, eləcə də digər yol hərəkəti iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edəcək.
Qaynarinfo-nun məlumatına gpörə, Bakı Şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, hər il olduğu kimi, bu il də Bakı şəhər DYPİ təbliğat işinin gücləndirilməsi, sürücülərin maarifləndirilməsi, yol qəzalarının sayının azaldılması məqsədilə 8 Mart bayramı münasibətilə yol hərəkəti qaydalarına riayət edən nümunəvi qadın sürücüləri təbrik edəcək. Həmçinin qadınlara hədiyyələr də təqdim olunacaq. İlk növbədə həmin qadın sürülərlə bağlı DYP-nin Mərkəzi Məlumat Sistemində araşdırma aparılacaq. Əgər həmin sürücünün il ərazində qayda pozmadığı və barəsində inzibati tənbeh tədbiri seçilmədiyi aşkar olunarsa o zaman ona DYP-nin və müxtəlif idarə və müəssisələrin 8 hədiyyəsi təqdim olunacaq. Hədiyyə verən qurumlar arasında Avtosfer.az saytı, "Gomas Avto", Monza yağları, SOCAR Petrolium və başqaları var.
Hədiyyə təqdim edən şirkətlərin tam siyahısı belədir: