Xəbər lenti

Bu gün Ramiz Göyüşovun YAP-dan çıxarılması məsələsinə baxılacaq
Ölkə05:43 10.09.2021

Bu gün Ramiz Göyüşovun YAP-dan çıxarılması məsələsinə baxılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətində partiyanın Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyada qalıb-qalmayacağı məsələsinə baxılacaq.
Qaynarinfo xəbər verir ki, partiyadan bildirilib ki, R.Göyüşovun əxlaqi normalara sığmayan videogörüntüləri böyük partiya tərəfindən hiddətlə qınanılır. İdarə Heyətinin iclasında R.Göyüşovun partiya sıralarından uzaqlaşdırılması əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə intim görüntüləri yayılıb. Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilmişdi.