Xəbər lenti

Bu gün Rusiya FŞ Qarabağa gedən sülhməramlılar məsələsinə baxacaq
Ölkə07:00 18.11.2020

Bu gün Rusiya FŞ Qarabağa gedən sülhməramlılar məsələsinə baxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko 18 noyabrda Federasiya Şurasının Qarabağdakı Rusiya ordusunun sülhməramlı missiya çərçivəsində istifadə edilməsi məsələsinə baxacağını deyib.

Xatırladaq ki, bu haqda noyabrın 10-da Ermənistan, Azərbaycan və Rusiya tərəfi razılığa gəlib. Sülhməramlılar artıq bölgədəki mövqelərində yerləşməyə başlayıblar.

Qeyd edək ki İkinci Qarabağ müharibəsi 27 sentyabrda başlayıb və 10 noyabrda atəşkəs müqaviləsi imzalanıb. Sülhməramlı kontingent yaxın 5 il ərzində bölgədə olacaq. Bundan sonra Ermənistan və ya Azərbaycan Rusiya hərbi xidmətindən imtina edə bilər.

Alpər