Xəbər lenti

Bu gün Rusiyadan daha 122 azərbaycanlı təxliyə olundu (YENİLƏNİB)
Ölkə09:36 09.06.2020

Bu gün Rusiyadan daha 122 azərbaycanlı təxliyə olundu (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyadan təxliyə edilən 130 Azərbaycan vətəndaşı iki ölkənin sərhədini keçib.
Qaynarinfo xəbər verir ki, həmin şəxslər qaydalara uyğun olaraq karantinə yerləşdiriliblər.
 ***12:45
Bu gün daha 122 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunacaq. 
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib.
O bildirib ki, hazırda Rusiya-Azərbaycan sərhədində olan soydaşlarımız avtobuslar vasitəsilə buraxılış məntəqəsinə aparılıb: "Gün ərzində sərhədi keçənlərin sayında artım ola bilər. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”.
Qeyd edək ki, sonuncu dəfə Rusiyadan 120 Azərbaycan vətəndaşı təxliyə olunub.