Ölkə 11:15 07.11.2022

Bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən qəzada öldü (YENİLƏNİB)

Bu gün səhər saatlarında Yevlaxda baş vermiş ağır qəzada ölənlərin sayı 3-ə çatıb.

Qaynarinfo xəbər verir ki, avtomobildə olan gəlinin əmisi qızı Günay Hüseynova da dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin Xəyalə Hüseynova isə xəstəxanaya çatdırılıb.

İlkin araşdırma zamanı qəzada ölənlərin hamısının suda boğulma nəticələrində vəfat etməsi müəyyən edilib.
 
 09:43

Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.

"Report"un bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu və Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib.

Onların meyiti tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.