Xəbər lenti

Bu gün UEFA Superkubokunun qalibi bilinəcək
İdman06:55 11.08.2021

Bu gün UEFA Superkubokunun qalibi bilinəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün UEFA Super Kuboku keçiriləcək.
Qaynarinfo xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastdakı "Uindzor Park" stadionunda baş tutacaq qarşılaşmada İngiltərə təmilçisi "Çelsi" və İspaniya klubu "Vilyarreal" üz-üzə gələcək. Premyer Liqa təmsilçisi Çempionlar Liqasının, ispanlar isə Avropa Liqasının son qalibi kimi Super Kubok matçında iştirak etmək hüququ qazanıb. 
Koronavirus pandemiyası səbəbindən stadiona ümumi azarkeş tutumunun 70 faizi qədər - 13 000 tamaşaçı buraxılacaq.
İndiyə qədər UEFA Super Kubokunu ən çox qazanan klublar İspaniya "Barselona"sı və İtaliya "Milan"ıdır. Hər iki komanda Super Kubokun beşqat qalibidir. 
UEFA Super Kuboku
11 avqust
23:00. "Çelsi" (İngiltərə) - "Vilyarreal" (İspaniya)
Baş hakim: Sergey Karasyov (Rusiya).
Belfast. "Uindzor Park" stadionu.