Xəbər lenti

Bu gündən məktəbəhazırlıq qruplarına uşaq qəbulu başlayır
Ölkə05:02 10.08.2021

Bu gündən məktəbəhazırlıq qruplarına uşaq qəbulu başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna başlanılır.
Qaynarinfo-nun xəbərinə görə, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına bu gün saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da start veriləcək.
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.
2021-2022-ci tədris ili üzrə məktəbəhazırlığa qəbulla bağlı daha ətraflı bu link vasitəsilə sual-cavab faylından məlumat əldə edə bilərsiniz.