Xəbər lenti

Bu gündən məktəblərdə ənənəvi tədris qismən bərpa olunur
Ölkə04:48 01.02.2021

Bu gündən məktəblərdə ənənəvi tədris qismən bərpa olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olunur.
Qaynarinfo xəbər verir ki, fevralın 1-dən əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər rayon və şəhərlərdə isə 4-5 dəfə keçiriləcək, qalan günlər şagirdlər distant formada tədrisi davam etdirəcəklər.
Şagirdlər məktəbə daxil olarkən temperaturu yoxlanılacaq və səhhətlərində hər hansı narahatlıq olacağı təqdirdə təcrid otağına yönləndiriləcək.