Xəbər lenti

Bu gündən qış havası geri qayıdır - XƏBƏRDARLIQ
Ölkə06:07 21.03.2017

Bu gündən qış havası geri qayıdır - XƏBƏRDARLIQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gündən ölkə ərazisində hava şəraiti dəyişəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti bu barədə xəbərdarlıq edib. 

Martın 21-dən 25-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı düşəcək.

Bakıda və Abşeron yarımadasında martın 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bu gün arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Qaynar.Az