Xəbər lenti

"Bu günləri hələ uzun zaman xatırlayacağıq..." - Deputat
Ölkə08:13 16.10.2020

"Bu günləri hələ uzun zaman xatırlayacağıq..." - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bu gün hamımız qarabağlıyıq”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, yalnız öz kəndlərimiz deyil, işğaldan zad olunan hər bir kənd, qəsəbə və şəhər doğmadır:

"Qarabağ Azərbaycandır” tezisi artıq hamımız üçün haqq işimizin ideologiyasına çevrilib və hamımız torpaqlarımız üçün canımızı qurban verməyə hazırıq. Azərbaycan tarixində belə vətənpərvərlik və həmrəylik yəqin ki, az rast gəlinəndir. Biz tariximizin şanlı dövrünü yaşayırıq və əminəm ki, bu günləri hələ uzun zaman xatırlayacağıq”.

Vüqar Bayramov qeyd edib ki, bayrağımızın Şuşadan Bakının azadlıq meydanına gətiriləcəyi gün uzaqda deyil.

Bahar Rüstəmli