Xəbər lenti

Bu halda icazələr ləğv ediləcək
Ölkə18:36 25.06.2020

Bu halda icazələr ləğv ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş  sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. 
"ASAN Xidmət"dən Qaynarinfo-ya verilən məlumata görə, həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.
"Fəaliyyətinə icazə verilən təşkilatlara əməkdaşlarının icazələrini  icaze.e-gov.az portalında tənzimləmələrini xahiş edirik.  Əks halda daxil edilən icazələr nəzərdə tutulan həddi aşarsa avtomatik olaraq ləğv ediləcəkdir", - deyə məlumatda qeyd olunur.