Xəbər lenti

Bu həftə hava necə olacaq?
Ölkə05:40 16.10.2013

Bu həftə hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən Azərbaycanda havanın temperaturunun yenidən tədricən 4-5 dərəcə yüksəlməyə başlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, oktyabrın 17, 18 və 19-da ölkə ərazisində havanın temperaturu əvvəlki günlərlə müqayisədə tədricən 4-5 dərəcə yüksələcək.

Bakıda və Abseron yarımadasında oktvabrın 17-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub küləyinin sürəti 7-12 m/s olacaq. Havanın temperaturunun gecə 10-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbavcanın rayonlarında oktyabrın 17-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturunun gecə 10-15, gündüz 22-27 isti, dağlarda gecə 2-7 isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 17,18-19-da Bakıda havanın temperaturunun 27, rayonlarda 28 dərəcəyə yüksələcəyi gözlənilir. Oktyabrın III ongünlüyündə bəzi günlərdə temperaturun aşağı düşəcəyi proqnozlaşdırılır.

Qaynar.info