Xəbər lenti

Bu həftə sonu Super Ay hadisəsi yaşanacaq
Ölkə 10:20 03.01.2026

Bu həftə sonu Super Ay hadisəsi yaşanacaq

2026-cı ilin ilk Super Ay hadisəsi bu həftə sonu baş verəcək.

Qaynarinfo xəbər verir ki, səma şousunu yanvarın 3-də müşahidə etmək mümkün olacaq.

Bu barədə NASA-nın Planet Elmləri, Geologiya, Geofizika və Geokimya Laboratoriyasının direktoru Noa Petro bildirib.

Qeyd edilib ki, Super Ay o qədər parlaq və böyük olacaq ki, başqa bir səma hadisəsi - Kvadrantid meteor yağışının müşahidəsini çətinləşdirəcək.

Meteor yağışı məhz yanvarın 3-də pik nöqtəsinə çatacaq. Müşahidə üçün ən yaxşı vaxt isə yanvarın 4-də gecəyarısından sübhə qədər olacaq.

Məlumat üçün bildirək ki, Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3-5 sm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.
--> -->