BMT-nin "Dünya əhalisinin perspektivləri” adlı hesabatı yayımlanıb.
Modern.az-ın məlumatına görə, hesabatda dünyanın ən yüksək orta ömür uzunluğunin Monakoda qeydə alındığı bildirilib. Bu il həmin ölkədə doğulan bir uşaq orta hesabla 87 il yaşaya bilər.
Qeyd edək ki, gözlənilən ömür uzunluğu bütün yaş qruplarında ölüm səviyyələrinin cari ildəki kimi qalacağı təqdirdə, bir insanın ortalama neçə il yaşayacağının proqnozlaşdırılmış göstəricisidir.
Ən uzun ömür gözlənilən ilk on ölkə və ərazilər bunlardır: San-Marino – 86 il, Honqkonq, Yaponiya, Cənubi Koreya, Sen-Bartelemi – 85 il, Andorra, Fransız Polineziyası, İsveçrə, Avstraliya – 84 il.
Regional baxımdan ən yüksək ömür uzunluğu Qərbi Avropa ölkələrində qeydə alınır. Şərqi Avropa ölkələrində isə bu göstərici bir qədər aşağıdır.
Azərbaycanda bu il doğulan bir uşağın orta hesabla 80 il yaşaması proqnozlaşdırılır. Qonşu ölkələrdən Türkiyə və İranda 78, Rusiyada 74 yaşdır.
Digər tərəfdən, bir sıra Afrika ölkələrində bu göstərici 60 ildən aşağıdır. Ən aşağı orta ömür uzunluğu isə Nigeriyada müşahidə olunur – cəmi 55 il.
Şərhlər