Xəbər lenti

Bu il sosial ödəniş təyin olunan şəhid ailələri və qazilərin sayı açıqlandı
Ölkə08:07 29.12.2021

Bu il sosial ödəniş təyin olunan şəhid ailələri və qazilərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il Azərbaycanda sosial ödəniş təyin olunan şəhid ailələri və qazilərin sayı açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, cari ildə şəhid ailələrinə 15 800-dən artıq sosial ödəniş təyin edilib: "Müharibədə yaralanmış qazilərə 4800-ə yaxın sosial ödəniş təyin olunub. DSMF tərəfindən 13 min qazi ziyarət edilib".