Xəbər lenti

Bu il Bakıda təmir olunan məktəblərin sayı açıqlandı
Ölkə06:14 28.12.2021

Bu il Bakıda təmir olunan məktəblərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il Bakıda təmir olunan məktəblərin sayı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 81 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.
Eyni zamanada, 7 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub (71, 88, 172, 133, 205, 307, 333), ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Hövsan, Binə, Xocasən qəsəbələri, Yeni Yasamal Yaşayış Massivi) tikintisi tamamlanıb.
Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi Bolluq yaşayış massivi, Binə qəsəbəsi Atıcılıq yaşayış massivi, Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi) tikintisi davam etdirilir.
Həmçinin 3 məktəbdə (35, 87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 2 məktəbdə isə (126, 320) bərpa-gücləndirilmə və əsaslı təmir işləri aparılır.