Xəbər lenti

Bu il çörəyimiz bol olacaq
Ölkə08:25 16.03.2013

Bu il çörəyimiz bol olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu il Azərbaycanda 2,6 mln. ton taxıl istehsal olunacağı gözlənilir.

Apa-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Nazirin sözlərinə görə, 2013-cü il ərzində ölkədə 2,5-2,6 mln. ton taxılın yığılacağı proqnozlaşdırılır ki, bunun 1,8 mln. tonunu ərzaq buğdası təşkil edəcək.

Qeyd edək ki, Azərbaycanın artıq yaxın gələcəkdə taxıla olan tələbatını tam həcmdə daxili istehsal hesabına ödəyəcəyi gözlənilir. Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 mln. ton təşkil edir. Ötən il isə ölkədə taxıl istehsalı 2,8 mln. tona bərabər olub. Tələbatı tam ödəmək üçün Azərbaycan taxılın müəyyən hissəsini Qazaxıstandan idxal edir.

Qaynar.info