Xəbər lenti

Bu il doğulan uşaqlara ən çox qoyulan adlar
Ölkə10:04 17.02.2025

Bu il doğulan uşaqlara ən çox qoyulan adlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda 2025-ci ilin ilk aylarında uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib.
Trend Ədliyyə Nazirliyinin adlar üzrə statistikasına əsasən xəbər verir ki, 2025-ci il yanvarın 1-dən indiyədək 137 oğlana Uğur, 91 qıza isə Nilay adı qoyulub.
Siyahıda oğlan adlarında ikinci sırada Hüseyn (87), üçüncü sırada isə Yusif (86) yer alır.
Qız adlarında isə ikinci sırada Məryəm (87), üçüncü sırada isə Zəhra (81) qeyd edilib.
Qeyd edək ki, ötən il isə oğlan uşaqlarına ən çox Uğur (1832), qız uşaqlarına isə ən çox Zeynəb (1261) adı qoyulub.