Xəbər lenti

Bu il Gürcüstandan Azərbaycana nə qədər maşın gətirilib?
Ölkə19:15 23.03.2017

Bu il Gürcüstandan Azərbaycana nə qədər maşın gətirilib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 3 mln. 152,9 min ABŞ dolları dəyərində 122 ədəd avtomobil gətirilib.

APA bildirir ki, ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin iki ayı ilə müqayisədə 48 ədəd çoxdur. Məbləğ baxımından isə bu rəqəm 759 min dollar və ya 31,7% çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayında Gürcüstandan Azərbaycana 2 mln. 393,9 min dollar məbləğində 74 ədəd avtomobil gətirilib.

Qaynar.Az